Mənzil İnşaatı Dövlət Agentliyi yeni satış mərhələsinə start verdi
Dekabrın 3-dən 8-dək Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlaxda yerləşən 627 mənzil “Güzəştli mənzil” sistemi üzərindən satışa çıxarılacaq.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni güzəştli mənzil satışını elan edib. Satışa Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərindəki ümumilikdə 627 mənzil çıxarılıb.
Satış 3 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il saat 11:00-da başa çatacaq.
Bu mərhələdə satışa çıxarılan mənzillər arasında:
-
Hövsan Yaşayış Kompleksinin I mərhələsində – 1 mənzil, II mərhələsində – 7 mənzil,
-
Binəqədi Yaşayış Kompleksində – 204 mənzil,
-
Sumqayıt Yaşayış Kompleksində – 10 mənzil,
-
Lənkəran Yaşayış Kompleksində – 10 mənzil,
-
Şirvan Yaşayış Kompleksində – 216 mənzil,
-
Yevlax Yaşayış Kompleksində – 179 mənzil təklif olunur.
Mənzillər həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə edilə bilər. Ödəniş yalnız “Güzəştli mənzil” elektron sistemində hüquqi təsdiqdən sonra həyata keçiriləcək.
Satış prosesi Elektron hökumət portalı (www.e-gov.az) və MİDA-nın rəsmi saytında (www.mida.gov.az) aparılır. Yalnız elektron kabineti olan vətəndaşlar satışda iştirak edə biləcəklər.
Mənzillərin qiymətləri:
Hövsan Yaşayış Kompleksi
-
2 otaqlı: 54 815 manat
-
4 otaqlı: 94 050 manat
Sumqayıt Yaşayış Kompleksi
-
Studio tipli: 50 200 manatdan
-
4 otaqlı: 105 800 manatdan
Lənkəran Yaşayış Kompleksi
-
3 otaqlı: 61 865 manat
-
4 otaqlı: 84 150 manatdan
Binəqədi Yaşayış Kompleksi
-
Studio tipli: 49 120 manat
-
2 otaqlı: 62 400 manat
-
3 otaqlı: 87 400 manat
-
4 otaqlı: 118 000 manat
Şirvan Yaşayış Kompleksi
-
2 otaqlı: 61 815 manat
-
3 otaqlı: 73 785 manat
-
4 otaqlı: 93 765 manat
Yevlax Yaşayış Kompleksi
-
1 otaqlı: 40 200 manat
-
2 otaqlı: 45 225 manat
-
3 otaqlı: 70 490 manat
-
4 otaqlı: 103 740 manat
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.