Məktəblərdə müəllimlər tamştatlı işçi kimi fəaliyyət göstərəcək – Nazir açıqladı
Yeni model müəllimlərin statusunu gücləndirəcək və əməkhaqqı ədalətini təmin edəcək.
Azərbaycan məktəblərində müəllimlərin tamştatlı işçi statusu ilə işləməsi ideyası üzərində iş gedir. Hazırda bu konsept konseptual mərhələdədir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məqsəd müəllimlərin məktəbin tam hüquqlu üzvü olduğunu hiss etmələridir. Tamştatlı müəllim modelində əməkhaqqı ölkə üzrə orta maaşın ən azı iki dəfə yüksək olacaq. Bu yanaşma müəllimlərin dərs saatına bağlı olmayan, daha balanslı əməkhaqqı sistemini nəzərdə tutur.
Nazir həmçinin qeyd edib ki, müəllimlərin maaşının artırılması yalnız əlavə dərs saatları götürmək yolu ilə həyata keçirilməyəcək və bu mexanizm yenidən nəzərdən keçiriləcək. Konsept ictimaiyyətə təqdim olunub ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.