Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məktəb ləvazimatlarının qiymətləri valideynləri düşündürür

Yeni tədris ili öncəsi məktəblilərin hazırlığı 200 manatdan çoxa başa gəlir

20

Məktəblərin başlanmasına bir aydan az vaxt qalıb. Bu da məktəb ləvazimatlarına olan tələbatın artmasına səbəb olur. Belə vaxtlarda valideynlərin ən çox düşündüyü məsələ ləvazimatların qiymətidir.

Şəhərin müxtəlif yerlərində yerləşən mağazalarda qiymətlərlə maraqlandıq. Ən çox istifadə olunan məktəb ləvazimatlarının dəyəri belədir:

  • Çanta: 15–50 manat

  • Dəftər: 25 qəpik – 1 manat

  • Sadə karandaş: 10–30 qəpik

  • Rəsm albomu: 80 qəpik – 3 manat

  • Dəftər və kitab üzlükləri: 15–20 qəpik

  • Sadə qələm: 10 qəpik – 1 manat

  • Rəngli karandaş: 1–5 manat

  • Pozan: 20–50 qəpik

  • Qələmyonan: 20 qəpik – 1 manat 30 qəpik

  • Yapışdırıcı: 30 qəpik – 2 manat

  • Gündəlik: 1 manat 40 qəpik – 3 manat

Məktəbli çantası üçün lazım olan ləvazimatların ümumi qiyməti təxminən 100 manat təşkil edir. Məktəbli forması, ayaqqabı və çantanı da nəzərə aldıqda xərclər 200 manatdan artıq olur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.