Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məhkəmələr tam elektron sistemə keçir

Kağız sənədlərdən imtina planlaşdırılır, qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb

52

Azərbaycanda məhkəmə sistemi kağız sənədlərdən mərhələli şəkildə imtina etməyə hazırlaşır.

Bu barədə Azərbaycan Hakimlərinin II Forumunda çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev məlumat verib. O, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” mövzusuna həsr olunan panel müzakirəsində bildirib ki, tam elektron icraata keçid əsasən kağız daşıyıcıların aradan qaldırılmasına hesablanıb.

Onun sözlərinə görə, bəzi sübutlar ölçü və məzmun xüsusiyyətlərinə görə fiziki formada təqdim olunacaq. Elektron sistemə keçid nəticəsində işlərə hansı məhkəmənin baxmasının əhəmiyyəti azalacaq və hakimlər arasında iş bölgüsü daha balanslı olacaq. Bu proses eyni zamanda vahid məlumat bazasının formalaşmasına şərait yaradacaq.

Sənan Hacıyev qeyd edib ki, inzibati və mülki işlər üzrə tam elektron icraata keçidlə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.