Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzində uşaq xəstələri ilə görüşüb

Ziyarət zamanı uşaqların müalicəsi, xəstəxana şəraiti və mövcud tibbi imkanlarla tanışlıq həyata keçirilib

49

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov adına Uşaq Klinik Xəstəxanasında olub.

Ziyarət çərçivəsində o, müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və xəstəxanada yaradılan şəraitlə yaxından tanış olub. Leyla Əliyeva həmçinin balaca pasiyentlər və valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.

Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış xidmətlər və mövcud imkanlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən bu xəstəxana ölkədə uşaqlara stasionar endokrinologiya və allergologiya xidmətləri təqdim edən yeganə ixtisaslaşmış tibb ocağıdır.

Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunur, diaqnostik və müalicə prosedurları yüksək standartlara uyğun həyata keçirilir, uşaqların sağlamlığının qorunması və bərpası üçün kompleks yanaşma tətbiq edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.