Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Direktor müavini işdən çıxarıldı

Şagird və məktəb işçisinə qarşı zorakılıq göstərən müəllimin əmək müqaviləsinə xitam verildi

16

Sosial şəbəkələrdə Lənkəran rayonunda məktəb direktor müavininin şagirdə və məktəb işçisinə fiziki zorakılıq tətbiq etməsi ilə bağlı görüntülər yayılıb.

Hadisə martın 11-də Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta məktəbində baş verib. Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovun şagird və kiçik xidməti işçiyə qarşı zorakılıq etdiyi iddiası araşdırılıb.

Aparılan yoxlamalardan sonra belə hallar tədris prosesində yolverilməz hesab edilib. Nəticədə, 17 aprel 2025-ci ildə Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi əlavə edib ki, müəllimlərin etik davranış qaydalarına əməl etməsi, şagirdlərin təhlükəsizliyi və psixoloji durumunun qorunması daim diqqətdə saxlanılır. Bu istiqamətdə mütəmadi maarifləndirmə işləri də həyata keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.