Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Krımda gözlənilməz hadisə

Ukrayna dronlarına qarşı əməliyyat zamanı Rusiya ordusu öz təyyarəsini hədəfə alıb

12

Krımda Rusiya ordusu Ukraynanın dron hücumlarına cavab olaraq hava müdafiəsi əməliyyatı həyata keçirib. Lakin əməliyyat zamanı Rusiya hərbçiləri təsadüfən öz hərbi təyyarələrini vurublar.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk “RBC-Ukrayna”ya açıqlama verib.
“Ukraynanın hücumlarını dəf etməyə çalışarkən Rusiya öz təyyarəsini Krım səmasında vurdu,” – deyə o bildirib.

Pletençukun sözlərinə görə, gecə saatlarında baş verən zərbələr nəticəsində yarımadada yerləşən Rusiya neft bazasında güclü yanğın da qeydə alınıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.