Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Konstitusiya və Suverenlik İli” ilə bağlı geniş amnistiya həyata keçirilib

Azadlıqdan məhrumetmə və digər cəzalar 15 mindən çox şəxsin üzərindən götürüldü, Vətən müharibəsi iştirakçıları və 60 yaşına çatmışlar da əhatə olunub

78

Milli Məclisin 19 dekabr 2025-ci il Qərarına əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya 22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı ilədək tətbiq olunub. Ədliyyə Nazirliyi, Penitensiar və Probasiya xidmətləri, İstintaq idarəsi, habelə prokurorluq və məhkəmə orqanları ilə birgə amnistiya 15.119 şəxsə şamil edilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, amnistiyadan 5.148 nəfər azadlıqdan məhrumetmə cəzasından, 8.914 nəfər isə digər cəzaların icrasından azad olunub. Həmçinin 1.045 nəfərin azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb, 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib.

Cəzaçəkmə müəssisələrində olan şəxslər arasında Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər, 60 yaşına çatdığı üçün 15 nəfər də amnistiya siyahısına daxil edilib.

Amnistiyadan 1.216 nəfər böyük ictimai təhlükə törətməyən, 13.054 nəfər az ağır, 849 nəfər isə ağır cinayətlər törətmiş şəxslərdir. Ümumilikdə amnistiyadan 14.345 kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan), 774 qadın faydalanıb.

Amnistiya aktının icrası davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.