Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kiyevdə hava hücumlarının qurbanları anılır

Kiyevdə bayraqlar endirildi, əyləncə tədbirləri qadağan olundu

13

Bu gün Ukraynanın paytaxtı Kiyevdə avqustun 28-də Rusiya ordusunun həyata keçirdiyi kütləvi hava hücumlarının qurbanlarının xatirəsinə matəm elan edilib. Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Məlumata görə, bütün bələdiyyə binalarında bayraqlar endirilib, həmçinin dövlət və özəl müəssisələrə də bayraqların endirilməsi tövsiyə olunub. Şəhərdə bu gün əyləncə xarakterli tədbirlərin keçirilməsi qadağan edilib.

Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində 4-ü uşaq olmaqla, 25-ə yaxın mülki şəxs həlak olub, təxminən 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.