Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İşsiz gənclərin sayı və təhsil göstəriciləri

Milli Məclisin deputatı Vüqar Bayramov gənclərin əmək bazarındakı vəziyyətini təqdim edib

333

Azərbaycan Gəncləri Günü MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilib. Bu gün, ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral fərmanı ilə təsis olunub.

Bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib. Deputat gənclərin Azərbaycanın inkişafına verdiyi töhfələrdən də danışıb.

Onun sözlərinə görə, hazırda ölkədə 10 milyon 224 min əhalinin 2 milyon 300 mini 14-29 yaş arasında olan gənclərdir. Onların 1 milyon 206 mini kişi, 1 milyon 94 mini isə qadındır.

Rəsmi statistikaya əsasən, bu yaş qrupunda işsizlik səviyyəsi 5,3 faiz təşkil edir. Kişilər arasında bu göstərici 4,6 faiz, qadınlar arasında isə 6,1 faizdir.

Eyni zamanda, 2726 gənc fəlsəfə doktorluğu, 578 nəfər isə elmlər doktorluğu üçün təhsil alır. Deputat qeyd edib ki, fəlsəfə doktorluğu üçün müraciət edən gənclərin sayı artmaqda olsa da, elmlər doktorluğu almaq istəyənlərin sayı azalıb.

Dövlət qulluqçularının sayı hazırda 27,4 min nəfərdir ki, onların 2,5 faizi 25 yaşadək, 13,7 faizi isə 25-29 yaş arasında olan gənclərdir.

2024/2025-ci tədris ilinin əvvəlində isə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 1111 nəfər olub. Onlardan 212 nəfəri MDB ölkələrində, qalanı isə digər ölkələrdə təhsil alır.

Vüqar Bayramov bildirib ki, gənclərin təhsilə marağının artması onların cəmiyyətin inkişafında daha fəal rol oynayacaqlarının göstəricisidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.