Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İşğaldan azad olunmuş ərazilərdə bərpa və urbanizm

Söküləcək binanın yerində müasir memarlıq üslubunda yeni inzibati bina tikiləcək

11

Xankəndidə uzun illər qondarma rejimin əsas simvolu sayılan və “Xarici İşlər Nazirliyi” adı altında fəaliyyət göstərən inzibati binanın söküntüsünə başlanılıb. İşlərin sentyabrın 2-də başlaması Azərbaycan üçün rəmzi məna daşıyır, çünki bu tarix işğal olunmuş ərazilərdə qondarma rejimin elan olunduğu gün kimi qeyd olunurdu.

Vaxtilə bu binada ermənipərəst xarici siyasətçilərlə görüşlər keçirilir, işğal altındakı ərazilərə giriş üçün qanunsuz vizalar və akkreditasiyalar verilirdi ki, bunlar Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik idi. Hətta hazırda Bakıda məhkəməsi davam edən Babayan və digərləri də burada oturaraq yalnız səfirliyin açılması ilə Azərbaycan bayrağının dalğalana biləcəyini iddia edirdilər.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə beş ildən artıqdır ki, genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. “Böyük Qayıdış” Proqramı çərçivəsində şəhər və kəndlərdə müasir şəhərsalma prinsiplərinə uyğun layihələr icra olunur: yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar, enerji və su təchizatı sistemləri inşa edilir. Eyni zamanda, mədəni irs nümunələri bərpa olunur və tarixi abidələr yenidən dirçəldilir.

Bu tikinti və bərpa dalğasının bir hissəsi olaraq, Xankəndidə qondarma “Xarici İşlər Nazirliyi”nin binasının sökülməsinə başlanıb. Binanın yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir üslubda üçmərtəbəli inzibati bina tikiləcək. Yeni bina Qarabağın strateji inkişaf prioritetlərinə uyğun dizayn edilib və 2027-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.