Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranın Yol və Şəhərsalma Naziri Azərbaycana rəsmi səfər edəcək

Fərzanə Sadeq Bakıda keçiriləcək 17-ci Azərbaycan–İran Dövlət Komissiyası iclasında iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığı müzakirə edəcək

36

22 fevral tarixində İranın Yol və Şəhərsalma Naziri, həmçinin Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən sədri olan Fərzanə Sadeq Azərbaycana rəsmi səfər edəcək.
Naziri səfərdə yüksək vəzifəli nümayəndə heyəti müşayiət edəcək.

Səfər çərçivəsində xanım nazir 23 və 24 fevral tarixlərində Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edəcək.

İclas zamanı iki ölkə arasında birgə layihələr, avtomobil və dəmiryolu nəqliyyatı, yük daşımaları, enerji, ticarət və digər əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.