Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda məhdudiyyətlər mərhələli şəkildə yumşaldılır

Bir neçə gündür dayandırılan internet xidməti təhlükəsizlik səbəbilə yalnız bəzi istifadəçilər üçün yenidən aktivləşdirilib

325

İranda müvəqqəti olaraq dayandırılmış internet xidmətinə qismən çıxış bərpa edilib.

Bir neçə gündür ölkə üzrə məhdudlaşdırılan internet bağlantısı bəzi istifadəçilər üçün yenidən aktivləşdirilib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təhlükəsizlik səbəbilə və ölkədə baş verən iğtişaşlara nəzarət məqsədilə internetə giriş müvəqqəti olaraq dayandırılmışdı. Rəsmi açıqlamaya görə, görülən tədbirlər vəziyyətin sabitləşdirilməsində rol oynayıb və hazırda müəyyən istifadəçi qrupları üçün internetə mərhələli şəkildə icazə verilir.

Xatırladaq ki, İran hakimiyyəti yanvarın 8-də ölkə üzrə interneti tam kəsmiş, bəzi ərazilərdə isə telefon rabitəsinə də məhdudiyyətlər tətbiq etmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.