Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda kütləvi etirazlar

Aksiyalar zamanı 50-dən çox məscid yandırılıb, onlarla bank və təcili yardım avtomobili sıradan çıxıb

98

İranda baş verən kütləvi etiraz aksiyaları ciddi dağıntılarla müşayiət olunub. Rəsmi məlumatlara əsasən, hadisələr zamanı ölkə üzrə onlarla dini obyekt zərər görüb.

İranın Rusiyadakı səfirliyinin yaydığı açıqlamada qeyd olunur ki, iğtişaşlar nəticəsində 50-dən artıq məscid yandırılıb, eyni zamanda 180 təcili tibbi yardım avtomobili istifadəsiz hala düşüb. Bildirilib ki, təkcə Təbriz şəhərində 26 bank filialı və 25 məscid məhv edilib. Ümumilikdə isə ölkə miqyasında 53 məscidin hücuma məruz qaldığı vurğulanır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.