İranda informasiya blokadası
“NetBlocks”in məlumatına görə, ölkə üzrə internetə çıxış son 12 saatda normal səviyyənin cəmi 1 faizinə enib
İranda internetə çıxış kəskin şəkildə məhdudlaşıb.
Beynəlxalq internet monitorinqi xidməti olan “NetBlocks”in yaydığı məlumata görə, ölkə üzrə istifadəçilərin onlayn fəallığı son 12 saat ərzində rekord dərəcədə aşağı səviyyədə qalır. Məlumata əsasən, internetə qoşulma göstəriciləri normal səviyyənin cəmi təxminən 1 faizini təşkil edir.
Qeyd olunur ki, İranın rəsmi qurumları internet bağlantısında yaranmış bu vəziyyət və mümkün məhdudiyyətlərlə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.