İranda etirazlara sərt yanaşma
Deputat Məsud Xatəmi iğtişaşlar zamanı adam öldürən şəxslərin edam edilməsini tələb edib
Məsud Xatəmi iğtişaşlar zamanı adam öldürən şəxslərə qarşı ən ağır cəzanın tətbiq olunmalı olduğunu bildirib. Onun sözlərinə görə, etirazlar zamanı baş verən ölümlər müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməlidir.
Parlamentin Səhiyyə Komitəsinin üzvü qeyd edib ki, həlak olanlar üç qrupa ayrılır: təhlükəsizlik qüvvələrinin nümayəndələri, iğtişaşlarda iştirak etməyən etirazçılar və ya təsadüfi şəxslər, eləcə də iğtişaş törədənlər. Xatəmi vurğulayıb ki, hökumət ikinci qrupa aid edilən şəxsləri “şəhid” kimi tanımağı nəzərdən keçirir.
Deputatın sözlərinə görə, iğtişaşçılar arasında da fərq qoyulmalıdır. Belə ki, qan tökülməsində iştirak etməyən şəxslər vurduqları maddi zərərə görə məsuliyyət daşımalı, insan ölümünə səbəb olanlar isə edam cəzası ilə üzləşməlidir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.