İranda etiraz aksiyaları ilə bağlı kütləvi həbslər
Təhlükəsizlik qüvvələri iğtişaşların təşkili ilə əlaqəli silahlı qrupların ən azı 200 əsas üzvünü saxlayıb
İranda baş verən kütləvi iğtişaşlarla bağlı təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyatlar həyata keçirib. Rəsmi məlumatlara görə, aksiyaların təşkili və yönləndirilməsində iştirak edən silahlı qruplaşmaların azı 200 əsas fiquru saxlanılıb.
Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar zamanı şübhəlilərin gizləndiyi məkanlardan xeyli sayda odlu silah, döyüş sursatı, əl qumbaraları və “Molotov kokteyli” aşkarlanaraq götürülüb.
Məlumata əsasən, əsas təşkilatçıların zərərsizləşdirilməsindən sonra ölkə üzrə etiraz aksiyalarının miqyası və intensivliyi nəzərəçarpacaq dərəcədə zəifləyib.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonlarında İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda etirazlar alovlanmışdı. Aksiyalar 25 əyalətdə 60-dan artıq şəhəri əhatə edib. Ən kütləvi nümayişlər paytaxt Tehranda baş tutub, ən sərt qarşıdurmalar isə Məlikşahi, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.