Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda Ali Rəhbərin səlahiyyətlərini icra edəcək şura formalaşdı

Konstitusiyanın 111-ci maddəsinə əsasən, yeni rəhbər seçilənədək ölkəni üç nəfərlik Rəhbərlik Şurası idarə edəcək

108

İranda Ayətullah Əli Xameneinin vəfatından sonra onun səlahiyyətlərini müvəqqəti şəkildə həyata keçirəcək Rəhbərlik Şurasının tərkibi müəyyənləşib. Bu barədə İranın Məsləhət Şurasının sözçüsü Möhsün Dəhnəvi məlumat verib.

Bildirilib ki, yeni Ali Rəhbər seçilənədək ölkəyə üç nəfərdən ibarət şura rəhbərlik edəcək. İran qanunvericiliyinə əsasən, bu qurumun tərkibinə Prezident Məsud Pezeşkian və Məhkəmə Hakimiyyətinin rəhbəri daxildir. Bu gün isə şuranın üçüncü üzvü də təsdiqlənib – Qəyyumlar Şurasının nümayəndəsi Ayətullah Əlirza Ərafi.

Möhsün Dəhnəvinin sözlərinə görə, qərar İran Konstitusiyasının 111-ci maddəsinə uyğun olaraq qəbul edilib və məqsəd dövlət idarəçiliyində fasilənin yaranmasının qarşısını almaqdır.

Beləliklə, Ekspertlər Məclisi tərəfindən yeni və daimi Ali Rəhbər seçilənədək ölkənin idarəçiliyi bu üç nəfər tərəfindən həyata keçiriləcək və Xameneinin səlahiyyətləri müvəqqəti olaraq onların üzərinə düşəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.