Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi

Bəhreyn və Ərbildəki ABŞ hərbi obyektləri də hədəf alınıb, “Hizbullah” İsrailə qarşı əməliyyatlara qoşulub

92

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi

“Pars Today” qəzetinin məlumatına görə, Küveytdəki Əl-Salimdəki Amerika hərbi bazası tamamilə məhv edilib.

Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanma bazası “Xorrəmşəhr-4” raketi ilə hədəfə alınıb və burada çoxsaylı partlayışlar baş verib. Bundan əlavə, İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasında da partlayış qeydə alınıb.

Tasnim Agentliyi xəbər verir ki, “Hizbullah” bu səhər İsrailin şimalındakı Ramat David hava bazasına dron hücumu edib, radar stansiyaları və idarəetmə mərkəzləri vurulub.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar həyata keçirir. Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirib. İranın Ali Lideri Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər 28 fevral tarixli İsrail-ABŞ hücumunda öldürülüb.

2 martda “Hizbullah” İsrailə qarşı müharibəyə qoşulub, İsrail isə cavab hücumlarını başladığını açıqlayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.