Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran-ABŞ münasibətləri gərginləşir

Məclis sədri xəbərdarlıq edir: Tramp müharibəyə başlaya bilər, amma nəticələrini idarə edə bilməz

93

İran ABŞ-la dialoqa açıq olduğunu bildirir, lakin bu yalnız Vaşinqton həqiqətən razılaşmaların əldə olunmasına sadiq olduqda mümkündür. Bunu İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf CNN-ə verdiyi müsahibəsində açıqlayıb.

Qalibaf qeyd edib ki, danışıqlar beynəlxalq normalara uyğun olaraq səmimi razılaşma məqsədi daşımalıdır. “Əgər danışıqlar həqiqətən belə olarsa, Tehran buna razıdır. Lakin bu, ABŞ Prezidenti Donald Trampın mövcud niyyətindən fərqlidir; o, sadəcə öz iradəsini digər tərəflərə qəbul etdirmək istəyir”, – deyə o bildirib.

Parlament sədri həmçinin Trampın İranla müharibəyə başlama ehtimalını istisna etməyib, lakin onun nəticələrini tam nəzarətdə saxlaya bilməyəcəyini vurğulayıb: “Yaxın Şərqdə minlərlə kilometr məsafədə yerləşən amerikalı hərbçilər mütləq itki verəcək. Bu, heç də yaxşı hal deyil”, – Qalibaf əlavə edib.

O, ABŞ rəhbərliyini sülhə yönəlmək üçün ilk növbədə müharibə tərəfdarlarından və İranı zəiflətmək istəyən qüvvələrdən uzaqlaşmağa çağırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.