Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran ABŞ-la danışıqlara yalnız nüvə proqramı mövzusunda razıdır

SEPAH komandanının müavini Yədullah Cavani ABŞ-ın səhv addımına qarşı qəti cavab veriləcəyini açıqlayıb

68

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Yədullah Cavani bildirib ki, Omanda keçiriləcək danışıqlar yalnız İranın nüvə proqramı ətrafında məhdudlaşacaq.

Cavani vurğulayıb: “Biz prinsipial mövqelərimizdən geri çəkilməyəcəyik. Düşmən səhv addım atsa, İranın cavabı qəti olacaq”.

O həmçinin “Xorrəmşəhr-4” raketinin təqdimatını ABŞ və Qərbə açıq mesaj adlandıraraq bildirib: “Danışıqlar masası arxasına əyləşmək hərbi gücdən geri çəkilmək demək deyil”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.