Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran ABŞ hərbi bazasını raketlə vurdu

Tehran Bəhreyndəki dəniz qüvvələri obyektinə zərbə endirdiyini açıqladı, Tramp isə daha əvvəl sərt xəbərdarlıq etmişdi

130

İran Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bazanı ballistik raketlərlə hədəfə alıb.

Bu barədə İran dövlət televiziyası təhlükəsizlik qurumlarındakı məlumatlı mənbəyə istinadla xəbər yayıb. Məlumatda qeyd olunur ki, buraxılan raketlər nəzərdə tutulan hədəflərə dəqiq şəkildə çatıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın təhlükəsizlik qüvvələrini silahları yerə qoymağa çağırmış, əks təqdirdə onları ciddi nəticələrlə hədələmişdi. Tramp həmçinin ABŞ-ın İran ərazisində yüzlərlə hədəfə zərbə endirdiyini bildirmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.