İmtahan sessiyasında 100 bal toplayan tələbələr təltif edildi
Mingəçevir Dövlət Universitetində 8 tələbə və 6 magistrant sertifikatla mükafatlandırılıb
2026-cı il 29 yanvarda Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bütün fənlər üzrə 100 bal toplayan 8 tələbə və 6 magistrant təltif edilib.
Yüksək akademik göstəricilərlə fərqlənən təhsilalanlara “Zirvəyə doğru” Təqaüd, Beynəlxalq Təhsil və Elmi İnnovasiyalar Platformasının təqdimat tədbiri çərçivəsində sertifikatlar təqdim olunub.
Bildirilib ki, 100 ÜOMG ilə fərqlənən tələbə və magistrantlara növbəti mərhələdə universitet rektorunun “Fəxri təqaüdü” veriləcək. Təltifetmə akademik nailiyyətlərin təşviqi və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi daşıyır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.