Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İkitərəfli əlaqələrdə yeni mərhələ

Toplantıda Şimal–Cənub dəhlizi, Rəşt–Astara dəmir yolu və birgə enerji layihələri müzakirə olunur

111

Bakıda iqtisadi, ticarət və humanitar istiqamətlər üzrə əməkdaşlıq məsələlərini əhatə edən Azərbaycan–İran Dövlət Komissiyasının 17-ci iclası işə başlayıb. Toplantı Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayevin, İran İslam Respublikası tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadeqin həmsədrliyi ilə keçirilir. İclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Görüş çərçivəsində iqtisadiyyat, nəqliyyat və energetika sahələrində birgə həyata keçirilən layihələrin mövcud vəziyyəti nəzərdən keçiriləcək. Xüsusilə Şimal–Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişləndirilməsi kontekstində Rəşt–Astara dəmir yolu xəttinin tikintisi, həmçinin “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları ilə yanaşı, “Ordubad”–“Marazad” SES layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə mövzusu olacaq.

Bununla yanaşı, Ağbənd–Kəlalə körpüsünün inşasının başa çatmasından sonra onun istifadəyə verilməsi tarixinin də iclasın gündəliyində yer alacağı gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.