III MDB Oyunlarında həyəcan davam edir – Bu gün 7 idman növündə mübarizə
Azərbaycan bu gün bir çox arenada ev sahibliyi edəcək
Azərbaycanda keçirilən III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq.
Çövkən üzrə millimiz A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionunda keçiriləcək matç saat 12:30-da başlayacaq.
Bundan əlavə, Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışlarına start veriləcək. Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı üzrə mübarizə davam edəcək. Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları azarkeşlərin marağına səbəb olacaq.
Qeyd edək ki, 13 ölkədən 1600-dən çox idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.