Azərbaycanda keçirilən III MDB Oyunları çərçivəsində bu gün idmansevərləri rəngarəng yarış proqramı gözləyir.
Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi baş tutacaq. Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə idmançılar mübarizə aparacaq, Gəncə İdman Sarayında isə üzgüçülük yarışlarının növbəti mərhələsi keçiriləcək.
U-16 futbol yarışları da diqqət mərkəzində olacaq. Qəbələ Şəhər Stadionunda Belarus – Özbəkistan və Qırğızıstan – Tacikistan komandaları üz-üzə gələcək.
Bununla yanaşı, bu gündən etibarən 4 yeni idman növündə də oyunlara start veriləcək. Yevlax Olimpiya Kompleksində boksçular, Göygöl Olimpiya Kompleksində sambo ustaları, Mingəçevir Kür Olimpiya Mərkəzində taekvondoçular, Gəncə İdman Sarayında isə voleybol komandaları güclərini sınayacaq.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.