Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İçməli sularda təhlükə – AQTA-dan əhaliyə xəbərdarlıq

Bir sıra istehsalçılarda mikrobioloji çirklənmə aşkarlandı

18

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) içməli sularla bağlı növbəti xəbərdarlıq yayıb. Qurumun məlumatına görə, iyul ayından etibarən ölkə üzrə su istehsalı müəssisələrində və küçələrdə quraşdırılmış modul tipli aparatlarda aparılan monitorinqlər zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb.

Ümumilikdə 39 istehsal müəssisəsindən və 47 su aparatından götürülən nümunələr laboratoriyada yoxlanılıb. Nəticələr göstərib ki, 20 müəssisədən və 1 aparatdakı sularda mikrobioloji çirklənmə mövcuddur. Eyni zamanda bəzi obyektlərdə sanitar-gigiyenik normaların pozulduğu müəyyən edilib.

Uyğunsuzluqlar aşkarlanan müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb və sahibkarlar barədə inzibati tədbirlər görülüb. Hazırda bu istiqamətdə yoxlamalar davam etdirilir.

AQTA-nın məlumatına görə, çirklənmə aşkar edilən sulardan bəziləri “Pak Su”, “İceberg”, “Şeh Su”, “Saf Su”, “Arı”, “Duruca”, “Venera”, “İdeal”, “Duru Su”, “Aqua Flot”, “Suel”, “Mono Su”, “Butasu A”, “Abşirin”, “Ayna Su”, “Assu” və “Abi Həyat” markalarıdır. “Su Az” brendi ilə satılan modul tipli aparat suyunda da oxşar problem qeydə alınıb.

Agentlik vətəndaşlara içməli su alarkən diqqətli olmağı və yalnız keyfiyyətinə əmin olduqları markalara üstünlük verməyi tövsiyə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.