Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hökumətin yeni qərarı

Məhdudlaşdırılmış əşyaların dövriyyəsi və hərbi təyinatlı məhsulların satışı ilə bağlı əlavə tələblər müəyyənləşdirildi

63

Nazirlər Kabineti mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə nəzarət və bu sahədə tətbiq olunan əlavə tələblərlə bağlı mövcud qərara dəyişiklik edib. Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Yenilənmiş qaydalara əsasən, sursat anlayışına onun təkcə istehsalı deyil, həm də layihələndirilməsi prosesi daxil edilib. Bununla yanaşı, döyüş təyinatlı hərbi texnika, silah və döyüş sursatının satışına dair əlavə şərtlər müəyyən olunub. Bu tələblər istehsalın texnoloji sənədlərə uyğun aparılması, texniki və konstruktor sənədlərinin qüvvədə olan normativ hüquqi aktlar və standartlarla uyğunluğunu nəzərdə tutur.

Qərarda həmçinin hərbi texnika, silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə dair ayrıca tələblər təsbit edilib. İstehsal mərhələlərində dəyişiklik baş verdiyi təqdirdə, sahibkarların üç iş günü ərzində Müdafiə Sənayesi Nazirliyinə məlumat verməsi məcburi olacaq.

Dəyişikliklərə əsasən, müəyyən kateqoriyaya aid məhdudlaşdırılmış əşyaların ölkə daxilində alınması yalnız Müdafiə Nazirliyi, digər hərbi xidmət nəzərdə tutulan dövlət qurumları və müvafiq lisenziyaya malik hüquqi şəxslər tərəfindən həyata keçirilə biləcək.

Sənəddə ixrac nəzarətinə aid məhsulların idxal, ixrac və tranzit əməliyyatlarının da mövcud qanunvericiliyə uyğun icra ediləcəyi vurğulanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.