Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hindistan–Ermənistan hərbi əməkdaşlığında yeni mərhələ

Anil Çauhanın İrəvana səfəri zamanı Ermənistan ilk dəfə Hindistandan aldığı silah və hərbi texnika nümunələrini nümayiş etdirdi

39

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhanın Ermənistana rəsmi səfəri çərçivəsində ona Ermənistan və Hindistan istehsalı olan silah və hərbi texnika nümunələri təqdim olunub.

“Armenpress” agentliyinin məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmi sosial şəbəkə hesabında paylaşım edərək videogörüntülər yayımlayıb. Nazir bildirib ki, səfər zamanı hindistanlı generala həm Ermənistanın yerli müdafiə sənayesi tərəfindən istehsal edilən silahlar, həm də Hindistan istehsalı olub Ermənistan ordusunun arsenalına daxil edilmiş hərbi sistemlər nümayiş etdirilib.

Qeyd olunur ki, bu, Ermənistanın Hindistandan aldığı silah və hərbi texnika nümunələrinin ilk açıq təqdimatı olub. Nümayiş hərbi poliqonda təşkil edilib və tərəflər silah sistemlərinin texniki imkanları ilə əyani şəkildə tanış olublar.

Səfər çərçivəsində keçirilən bu təqdimat Ermənistan–Hindistan hərbi əməkdaşlığının inkişafı və müdafiə sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.