Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hələbdə təhlükəsizlik böhranı

Silahlı toqquşmalar fonunda hava limanı bağlandı, dövlət qurumları və məktəblərdə fəaliyyət dayandırıldı

106

Suriyanın Hələb şəhərində təhlükəsizlik vəziyyəti kəskinləşib.

Yerli medianın məlumatına görə, gərginliklə əlaqədar Hələb Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb, dövlət qurumları və təhsil müəssisələri bağlanıb, şəhər üzrə kütləvi toplaşmalara qadağa tətbiq edilib.

Bildirilib ki, Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında Suriyanın keçid hökumətinə bağlı qüvvələrlə kürd silahlı dəstələri arasında silahlı toqquşmalar baş verib. Qarşıdurmalar zamanı ölən və yaralananların olduğu qeyd olunur.

Məlumata əsasən, vəziyyətə nəzarəti gücləndirmək məqsədilə hakimiyyət tərəfindən Hələbə əlavə hərbi texnika göndərilib. Təhlükəsizlik səbəbilə yanvarın 7-də şəhərdəki bütün təhsil müəssisələrində dərslər ləğv edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.