Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Həbsdə olan valideynlərin uşaqları dövlət tərəfindən qorunacaq

Parlamentdə valideyn himayəsindən məhrum uşaqların hüquq və mənafelərinin müdafiəsi üçün qanuna yeni əlavələr müzakirə olunub

101

Valideyn himayəsindən məhrum uşaqların hüquq və mənafelərinin qorunması üçün qanunvericiliyə yeni əlavələr edilməsi təklif olunur. Bu məsələ bu gün parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliklərdə, valideynlərin itkin düşmüş hesab edildiyi, ölmüş elan olunduğu və ya məlum olmadığı hallarda uşaqların hüquq və mənafelərinin dövlət tərəfindən qorunması ayrıca qeyd edilir.

Eyni zamanda, valideynlərin xəstəlik, əlillik və ya əqli qüsurlar səbəbindən uşaqların tərbiyəsi və baxımı üzrə öhdəliklərini yerinə yetirə bilməməsi halları da siyahıya daxil edilir. Valideynlərin uşaqların tərbiyəsindən imtina etməsi və ya sosial xidmət müəssisələrindən götürməkdən imtina etməsi də valideyn himayəsinin mövcud olmadığı hallar kimi qiymətləndiriləcək.

Dəyişikliklərin diqqət çəkən digər maddəsi isə valideynlərin cəzaçəkmə müəssisələrində həbsdə olması halının da uşaqların dövlət müdafiəsinə götürülməsi üçün əsas kimi göstərilməsidir.

Bu hallarda uşaqların hüquq və mənafelərinin qorunması müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qurum tərəfindən təmin ediləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.