Gürcüstanda SOCAR avtomobilinə silahlı hücum
İlkin məlumata görə xəsarət alan olmayıb
Gürcüstanın Şida Kartli bölgəsi, Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum baş verib. Hadisə bölgədəki hakim “Gürcü arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara görə, insident zamanı heç kəs xəsarət almayıb. Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını bildirərək, hüquq-mühafizə orqanlarının bir nəfəri saxladığını açıqlayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.