Günəşdə güclü partlayış – alimlər pik həddə çatacağını bildirir
Son dörd ayın ikinci ən güclü alışması qeydə alınıb, oktyabrın 15-də maksimum aktivlik gözlənilir
Günəşdə son dörd ayın ikinci ən güclü partlayışı baş verib. Alimlər oktyabrın 15-də Günəş alışmalarının güc baxımından pik həddə çatacağını proqnozlaşdırırlar.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, müşahidələr Günəş aktivliyinin nəzərəçarpacaq dərəcədə artdığını təsdiqləyir:
“Müşahidələr göstərir ki, dünən proqnozlaşdırılan Günəş aktivliyinin əhəmiyyətli güclənməsi baş verir. Gözləntilərə uyğun olaraq, bu gün alışmaların gücü baxımından çoxaylıq maksimuma çatmaq mümkündür,” – laboratoriyadan bildirilib.
Son 24 saat ərzində fon şüalanmasının dörd dəfə artdığı və M səviyyəsinə yaxınlaşdığı qeyd olunur. Alışmalar nəticəsində rentgen şüalanması axınları formalaşır.
Mütəxəssislərin fikrincə, yay fəslinin əvvəlindən bəri ilk dəfə olaraq, partlayışların X səviyyəsinə – yəni ən yüksək enerji dərəcəsinə – çatması mümkündür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.