Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Günəşdə aktivlik artmaqdadır

Bir gün ərzində M sinfinə aid iki güclü alışma müşahidə olundu

76

Fevralın 8-də Günəşdə orta gücə malik iki alışma qeydə alınıb. Alışmalar güc şkalasına əsasən M sinfinə aid edilib.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Mütəxəssislərin açıqlamasına görə, ilk Günəş alışması Moskva vaxtı ilə saat 14:18-də baş verib. Rentgen diapazonunda müşahidə olunan hadisə 4366 ləkə qrupunda M1.8 səviyyəsində olub və təxminən 8 dəqiqə davam edib.

Elə həmin gün saat 14:43-də isə 4358 ləkə qrupunda daha bir alışma qeydə alınıb. M1.7 gücündə olan bu proses 28 dəqiqə ərzində davam edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.