Göyçayda “Nar Festivalı” rəngarəng anlarla yadda qaldı
65-dən çox stendin iştirak etdiyi festivalda nardan hazırlanan məhsullar, sənət nümunələri və folklor çıxışları böyük maraq doğurdu
Göyçayda rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ənənəvi “Nar Festivalı” keçirilib.
Tədbirdə 65-dən çox stenddə yerli istehsalçılar və müəssisələr tərəfindən nardan hazırlanan müxtəlif məhsullar nümayiş etdirilib. Festival çərçivəsində məhsul dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müsabiqələr və folklor qruplarının çıxışları təşkil olunub.
2006-cı ildən keçirilən “Nar Festivalı” artıq Azərbaycanın kənd təsərrüfatı və aqrar mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Festival həm də aqroturizmin inkişafına, yerli istehsalın və regionun turizm potensialının tanıdılmasına mühüm töhfə verir.
Göyçayda yetişdirilən gülöyşə, vələs, şıxbaba, bala mürsəl, ağşirin və digər nar növləri yüksək dad və keyfiyyəti ilə seçilir. Bu məhsullar Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsini təşkil edir və dünya bazarlarında tanınır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.