Gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələrinin artması Milli Məclisdə müzakirə edilib
Deputat Müşfiq Cəfərov qatlanan bıçaqların satış və istifadəsinin qadağan edilməsini təklif edib
Milli Məclisin Gənclər və İdman komitəsinin iclasında deputat Müşfiq Cəfərov bildirib ki, gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri baş verir. Statistikaya əsasən, bu halların çoxu cibdə gəzdirilən qatlanan bıçaqlarla bağlıdır. Deputat belə bıçaqların satışının və istifadəsinin qadağan olunmasını təklif edib.
O, həmçinin bəzi kompüter oyunlarının uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir göstərdiyini vurğulayıb. “Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almaq baxımından böyük əhəmiyyət kəsb edir”, – deputat əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.