“FGN-TUG-S01” kosmik missiyası kritik manevrini uğurla tamamladı
Milli texnologiya ilə hazırlanan hibrid mühərrik 35 saniyəlik kritik əməliyyatla peyki orbitə çıxardı
Türkiyənin “Baykar” şirkəti ölkənin tamamilə milli imkanlarla hazırladığı kosmik transfer vasitəsi “FGN-TUG-S01”in hibrid mühərrikini uğurla işə saldığını açıqlayıb.
Dekabrın 6-sı, Bakı vaxtı ilə saat 08:46-da “FGN-TUG-S01” əsas hibrid təkan sistemini işə salaraq 35 saniyə davam edən kritik manevrini qüsursuz şəkildə tamamlayıb. Bu əməliyyat həm Türkiyə, həm də dünya miqyasında bir ilk sayılır.
Manevrin uğurla başa çatmasından sonra missiyanın ikinci mərhələsi olan “CubeSat”ın ayrılması prosesi də uğurla həyata keçirilib.
“Bu uğur ‘Fergani Uzay’ın gələcəkdə peyk qruplarını müxtəlif orbitlərə yerləşdirməsi üçün kritik infrastruktur yaradır. Texnologiya milli imkanlarla inkişaf etdirilən ‘Uluğ Bəy’ Qlobal Mövqeləndirmə Sistemi üçün əsas təməl təşkil edir”, – məlumatda bildirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.