Ev şəraitində vurulan iynə faciə ilə nəticələndi
Binəqədi rayonunda antibiotik iynəsi vurulan 59 yaşlı kişi həyatını itirib, fakt araşdırılır
Bakıda antibiotik iynəsindən ölüm faktı qeydə alınıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov səhhətində yaranan problem səbəbindən yaşadığı evdə ailə üzvləri tərəfindən ona antibiotik iynəsi vurulduqdan sonra vəfat edib.
Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.