Ermənistanın xarici siyasəti
Baş nazir vurğulayıb ki, Azərbaycanla əlaqələr və qatar tranziti Ermənistan üçün uğurlu xarici siyasət nümunəsidir.
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasətində balans və qarşılıqlı əməkdaşlıq prinsiplərinin uğurla tətbiq olunduğunu bildirib.
Paşinyan qeyd edib ki, 2025-ci il ərzində regiondakı bütün qonşu ölkələrin liderləri ilə görüşlər keçirilib, həm rəsmi, həm işgüzar səfərlər çərçivəsində təmaslar qurulub. O əlavə edib ki, işgüzar və rəsmi səfərlərlə yanaşı ayaqüstü söhbətlər də olub.
“Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edib və əminəm ki, yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətləri də Ermənistana gələcək. Bu il Azərbaycan vasitəsilə qatar Ermənistan Respublikasına daxil olub. İndi isə mətbuatda oxuyuram ki, Azərbaycandan neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Bu, balansın və balanslaşdırılmış xarici siyasətin göstəricisidir. Nəticəyə nail olmuşuq və bu uğuru inkişaf etdirməliyik”, – Paşinyan vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.