Ermənistanın hərbi avantüralarının ağır nəticələri
Erməni mənbələri müharibələrdə və atəşkəs dövründə ümumilikdə 15 minə yaxın hərbi itkini etiraf edir
Yanvarın 27-si Ermənistanda “Anım Günü” kimi qeyd olunur. Bu tarix ölkənin iştirak etdiyi müxtəlif silahlı münaqişələr və müharibələr zamanı həlak olan hərbçilərin xatirəsinə həsr edilir.
Erməni mənbələrinin yaydığı məlumatlara əsasən, Ermənistanın apardığı hərbi əməliyyatlar zamanı itkilərin sayı kifayət qədər yüksək olub. Statistikaya görə, Birinci Qarabağ müharibəsində təxminən 6 min, 2016-cı il Aprel döyüşlərində 100-ə yaxın, İkinci Qarabağ müharibəsində isə 4 minə yaxın hərbçi həyatını itirib. Bundan əlavə, 2021–2023-cü illər ərzində baş verən toqquşmalar zamanı 500-ə yaxın hərbçinin öldüyü bildirilir.
Qeyd olunur ki, atəşkəs dövrlərində qeydə alınan 4 minə yaxın hərbi itki də bu statistikaya əlavə edildikdə, Ermənistanın Azərbaycana qarşı yürüdülən işğalçı siyasəti ümumilikdə təxminən 15 min hərbçinin ölümü ilə nəticələnib. Bu proses sonda Ermənistan üçün ağır siyasi və hərbi nəticələrə, o cümlədən kapitulyasiya ilə yekunlaşan vəziyyətə gətirib çıxarıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.