Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ərdoğan: İrandan buraxılan raket NATO tərəfindən zərərsizləşdirilib

Rəcəb Tayyib Ərdoğan Türkiyə hava məkanının qorunduğunu, sərhədlərin gücləndirilmiş rejimdə mühafizə edildiyini və insidentlə bağlı İrana rəsmi etirazların çatdırıldığını açıqlayıb; raket NATO qüvvələri tərəfindən məhv edilib.

33

İrandan buraxılan raketin NATO tərəfindən zərərsizləşdirildiyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Dövlət başçısı bildirib ki, Türkiyənin hava məkanı hazırda F-16 qırıcıları tərəfindən daim nəzarətdə saxlanılır, fevralın 28-dən etibarən isə hava hücumundan müdafiə sistemləri fasiləsiz rejimdə fəaliyyət göstərir. Onun sözlərinə görə, ölkə sərhədlərinin təhlükəsizliyi ordunun 60 minlik şəxsi heyəti tərəfindən təmin olunur.

Ərdoğan qeyd edib ki, martın 4-də İrandan atılan raket İraq və Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət etdikdən sonra NATO qüvvələri tərəfindən məhv edilib. Bu insidentlə bağlı Tehrana rəsmi etirazların çatdırıldığını deyən Prezident vurğulayıb ki, edilən səmimi xəbərdarlıqlara baxmayaraq, Türkiyə ilə münasibətləri zədələyə biləcək təxribat xarakterli addımlar davam edir.

O əlavə edib ki, iki ölkə arasındakı uzunmüddətli qonşuluq əlaqələrinə xələl gətirə biləcək hadisələr baş verməməlidir və Ankara regionda daha çox qan tökülməsinin əleyhinədir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.