Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ərdoğan İrandan atılan raketlə bağlı danışdı

Türkiyə Prezidenti NATO müttəfiqləri ilə məsləhətləşmələrin aparıldığını və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib

97

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan ölkəsinə doğru buraxılan raket məsələsinə münasibət bildirib. O, bu gün hərbçilərlə birlikdə təşkil olunan iftar proqramında çıxış edib.

Ərdoğan vurğulayıb ki, regionun mürəkkəb mərhələdən keçdiyi bir vaxtda Ankara heç nəyi təsadüfə buraxmır və baş verən son hadisə ilə bağlı NATO üzrə müttəfiqlərlə sıx təmaslar saxlanılır, lazımi addımlar atılır.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin öz torpaqlarında sülh və sabitliyi qoruması üçün çəkindirmə gücü daim möhkəmləndirilməlidir. O əlavə edib ki, oxşar halların təkrarlanmaması üçün qarşı tərəfə açıq və qəti mesajlar verilir. Ərdoğanın sözlərinə görə, ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün siyasi iradə və imkanlar ən yüksək səviyyədədir.

Qeyd edək ki, bu gün İrandan atılan raket İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanında zərərsizləşdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.