Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əmək qanunvericiliyində yenilik

Yeni dəyişikliklərə görə, əmək müqaviləsində çatışmayan maddələr olsa belə, müqavilə bağlandığı gündən etibarlı qalacaq və işəgötürən tərəfindən tamamlanacaq

21

Əmək müqavilələrinin bağlanması və onlara edilən dəyişikliklərdə yeni tənzimləmələr nəzərdə tutulub.

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan qanun layihəsinə əsasən, Əmək Məcəlləsində göstərilən şərtlərdən hər hansı biri əmək müqaviləsində əks olunmasa belə, bu müqavilə tərəflərdən birinin təşəbbüsü ilə etibarsız sayılmayacaq.

Mövcud qaydaya görə, belə müqavilələrin tərəflərdən biri tərəfindən yenidən tərtib edilməsinə tələblər qoyula bilər. Yeni düzəlişə əsasən, əmək müqaviləsində çatışmayan şərtlər işəgötürən tərəfindən əlavə edilməli, digər tərəflə xüsusi razılıq tələb olunmur. Belə olduqda, əmək müqaviləsi həmin şərtlərin əlavə edildiyi tarixdən deyil, müqavilənin ilkin bağlandığı gündən etibarlı sayılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.