Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakıdakı istedadlı şagirdlər vaxtından əvvəl təhsil pilləsini bitirmək hüququ qazanıblar

62

Ümumi təhsilin istənilən səviyyəsini vaxtından əvvəl başa vurmaq istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri açıqlanıb.

Bakı şəhərində keçirilmiş imtahanların nəticələrinə görə, ibtidai təhsil səviyyəsində 1, tam orta təhsil səviyyəsində isə 1 şagird uğur qazanıb. Ümumilikdə 2 şagird imtahanı müvəffəqiyyətlə keçərək cari tədris ilinin ikinci yarım ilindən etibarən bir sinif yuxarıda təhsilini davam etdirmək hüququ əldə edib.

Məlumat üçün bildirək ki, eksternat imtahanına Bakıdakı ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə təqdim edilmiş 10 şagird qatılıb və biliklərini nümayiş etdirib.

Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə isə X sinif şagirdləri bu imkandan istifadə edə bilər. Hər bir şagird yalnız bir təhsil səviyyəsini vaxtından əvvəl bitirə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.