Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əfqanıstanda qərar: qadınlara qarşı zorakılığı leqallaşdıran məcəllə

Taliban tərəfindən qəbul edilən yeni Cinayət Məcəlləsi ərlərə arvadlarına fiziki güc tətbiqinə icazə verir, cəzaları isə sosial təbəqəyə görə fərqləndirir.

44

Əfqanıstan-da hakimiyyətdə olan Taliban administrasiyası qadınlara qarşı zorakılıqla bağlı müddəaları özündə əks etdirən yeni Cinayət Məcəlləsini qəbul edib.

Məlumatı Daily Mail nəşri yayıb.

Yeni məcəlləyə əsasən, ərlərə arvadlarına ciddi xəsarət yetirməmək şərti ilə fiziki güc tətbiq etməyə icazə verilir. Sənəd “Taliban”ın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqlənib.

90 səhifədən ibarət olan Cinayət Məcəlləsində cəza mexanizmi şəxsin cəmiyyətdəki mövqeyinə görə fərqləndirilir. Sənədin 9-cu maddəsində əfqan cəmiyyəti dörd qrupa bölünür: din alimləri (üləma), elita nümayəndələri (əşrəf), orta təbəqə və aşağı təbəqə.

Mütəxəssislər hesab edirlər ki, bu bölgü cəmiyyət daxilində iyerarxik sistemi möhkəmləndirir və qadınların hüquqi statusunu daha da zəiflədir. Məcəllədə müəyyən hallarda ərlərə və ya qadınlar üzərində nəzarət səlahiyyəti olan şəxslərə fiziki cəza tətbiq etmək imkanı verən müddəalar yer alıb.

Eyni zamanda, sənədə görə, cinayət ruhanilər və ya elit təbəqənin üzvləri tərəfindən törədildikdə, tətbiq edilən sanksiyalar xəbərdarlıq və ya məhkəməyə çağırışla məhdudlaşa bilər. Orta təbəqəyə aid şəxslər üçün bu cür əməllər həbs cəzası ilə nəticələnə bilər, aşağı təbəqə nümayəndələri üçün isə həm fiziki, həm də azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yeni Cinayət Məcəlləsi artıq ölkə məhkəmələrinə göndərilib. Qanun layihəsi beynəlxalq insan hüquqları müdafiəçiləri və fəallar tərəfindən ciddi tənqid və etirazla qarşılanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.