Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əbu-Dabidə beynəlxalq mərasim

Prezident İlham Əliyev Zayed İnsan Qardaşlığı Mükafatının təqdimatında iştirak edib

735

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Zayed İnsan Qardaşlığı Mükafatının təqdimetmə mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Mərasim BƏƏ-nin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Zayed İnsan Qardaşlığı Mükafatına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Müsəlman Ağsaqqallar Şurasının baş katibi Məhəmməd Əbdül Salam çıxış edərək mükafatın əhəmiyyəti və məqsədləri barədə danışıb.

Tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadir Japarov, Livan Prezidenti Cozef Aun, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və İordaniya Kralı II Abdullahın laureatlara ünvanlanan video təbrikləri nümayiş olunub.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib, ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan fikirlərini bölüşüb.

Tədbirdə, həmçinin qadın hüquqları fəalı və tədqiqatçı, Zayed İnsan Qardaşlığı Mükafatının laureatı Zarka Yaftali, eləcə də Fələstin təşkilatı Taawon adından Nabil Qəddumi çıxış ediblər.

Sonda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan mükafat laureatlarına Zayed İnsan Qardaşlığı Mükafatını təqdim edib və mərasim xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.