Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dünyanın ilk humanoid robot oynaqları fabriki Çində açıldı

“Eyou Robot Technology” Şanxayda ixtisaslaşmış istehsal mərkəzi istifadəyə verib

110

Çinin “Eyou Robot Technology” şirkəti humanoid robotların oynaqlarını istehsal edən xüsusi fabriki istifadəyə verib. Bu müəssisə öz sahəsində dünyanın ilk ixtisaslaşmış istehsal mərkəzi hesab olunur.

Fabrik Şanxayda yerləşir və ilkin mərhələdə ildə təxminən 100 000 oynağın istehsalı nəzərdə tutulub. Şirkət yaxın gələcəkdə istehsal gücünü təxminən üç dəfə artırmağı planlaşdırır.

“Eyou Robot Technology” şirkətinin açıqlamasına görə, bir humanoid robotun dəyərinin yarısı oynaqların istehsalına düşür, buna görə də bu komponentlərin keyfiyyəti və miqyası istehsalın əsas prioritetidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.