Diqqət: Kart Fırıldaqları Artıb! – Vətəndaşlara Təcili Xəbərdarlıq
DİN bank kartı təhlükəsizliyi ilə bağlı əhəmiyyətli xəbərdarlıq yayıb
Bank kartlarına qarşı dələduzluq hallarının artması fonunda vətəndaşlar daha diqqətli olmağa çağırılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mövcud risklər səbəbindən DİN növbəti dəfə xəbərdarlıq edərək hər kəsi sadə, lakin vacib təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
Məlumatda aşağıdakılar xüsusi vurğulanır:
— Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq xarakteri daşıyır.
— Hər SMS-ə cavab verməyin. “Bonus qazandınız”, “Hesabınız bloklanıb”, “Təcili ödəniş edin” kimi mesajlar aldadıcı ola bilər.
— Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək məqsədi ilə yaradılır.
— Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodları heç kimlə bölüşülməməlidir.
Nazirlik bildirir ki, bank əməkdaşları heç vaxt telefonla kart məlumatı tələb etmir. Hər hansı şübhəli hal olduqda dərhal bankla əlaqə saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.