DİM İmtahanlarda Təhlükəsizliyi Gücləndirir
Məleykə Abbaszadə: Yeni tədbirlər köçürmənin qarşısını almağa yönəlib və iştirakçılar yoxlamaların vaxtını bilməyəcək
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, imtahanlarda qayda pozuntuları hər zaman ola bilər. “Bu vəziyyət virus–antivirus modelinə bənzəyir: yeni virus yarananda ona qarşı antivirus hazırlanır. Biz isə bu istiqamətdə bir addım qabaqdayıq. Bu il də imtahanlarda təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görüləcək”, – deyə o qeyd edib.
DİM sədri əlavə edib ki, bu tədbirlərin detalları açıqlanmır: “Təhlükəsizlik tədbirləri məhz ona görə gizli saxlanılır ki, iştirakçılar hansı mərhələdə yoxlanacaqlarını bilməsinlər. İmtahanın əsas prinsipi nəticələrin intellektual səviyyədə qorunmasıdır. Statistik təhlillər zamanı imtahan prosesindəki köçürmə hallarını və səhvləri aşkarlayırıq. Köçürməyə cəhd edən şəxslər imtahanda uğur qazana bilməyəcək”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.