Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Deputat təklif edir: kəndlərdə kommunal ödənişlər daha aşağı olmalıdır

Şəhər və kənd sakinlərinin kommunal haqları arasında fərq yaradılması təklif edilir

110

Azərbaycanda kənd və şəhər əhalisinin kommunal xidmətlər üçün ödədiyi məbləğlər fərqləndirilməlidir. Bu təklif Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov tərəfindən səsləndirilib.

Deputat bildirib ki, “Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhər sakininin işıq, qaz və suya görə ödədiyi məbləğ eynidir. Halbuki kənddə yaşayanların kommunal xərcləri daha aşağı olmalıdır, çünki onlar şəhər sakinləri kimi zavod və müəssisələrdə maaş almırlar”.

Eldar İbrahimovun fikrincə, bu dəyişiklik kənd əhalisinin yükünü yüngülləşdirəcək və şəhərlərə köçün qarşısını almağa kömək edə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.